Builki qəbulda bir ailənin üç övladı tələbə adını qazanıb                  

Builki qəbulda bir ailənin üç övladı tələbə adını qazanıb. İsmayıllıda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə olunub. COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş 700 məzundan 21-i 600-dən yuxarı bal toplayıb. 671 balla rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu Mürsəlova İlknur Nofəl qızı  göstərib.

Daha sevindirici nəticə şəhid Sahib Həsənov adına Qubaxəlilli kənd tam orta məktəbinin məzunu olan Həsənovlar ailləsinin üc övladı – iki əkiz qızı və bir oğlu tərəfindən tələbə adını qazanmaqla əldə edilib. Həsənovlar ailəsində bu gün üçqat sevincdir. Aillənin böyük övladı Səməndərağa Həsənov 307 bal  toplayıb. Ailədəki əkiz bacılar – Şəlalə 471, Lalə  isə 401 bal toplayaraq, qardaşları ilə birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya və biologiya fakültəsinə qəbul olublar. Onu da qeyd edək ki, ailənin böyük uşağı  Səməndərağa keçən il tələbə adına layiq görülub. Lakin topladığı bal Səməndərağanın arzuladığı fakültə üçün yetərli olmayıb. Öz üzərində ciddi çalışaraq bu il təkrar qəbul imtananlarında iştrak edib və istdətiyi fakültəyə qəbul olunub. Deməli, ailə gələcəyin kimyaçılar ailəsi olacaq.

471 bal toplayan Şəlalə deyir ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin əksərinin adətən iki ili gərgin zəhmətlə, gecə-gündüz dərslə məşğul olmaqla, bütün günü müəllim yanına gedib hazırlaşmaqla keçir. Nəticədə keçid balını toplaya bilmək belə abituriyentlərin, onlarla bərabər eyni zəhməti çəkən valideynlərinin də böyük sevincinə səbəb olur. Ancaq mən və bacım əlavə məşğələlər keçən müəllimlərin yanına getmədən yüksək nəticəni əldə edə bildik. Dediyim odur ki, oxumaqla, çalışmaqla istənilən nəticəni əldə etmək olar. Yetər ki, bunun üçün yorulmadan səy göstərəsən. 11 ilin son iki ilini yox, bütöv 11 ili çalışmaq lazımdır.

Üç tələbə övladın atası Firdosi Həsənov bildirir ki, dərslərinə böyük həvəs və məsuliyyətlə yanaşan üç övladımdan elə bu nəticəni də gözləyirdim. Bu cür yüksək nəticələrin əldə olunması rayonda təhsil sahəsində əldə edilən uğurların göstəricisi kimi qiymətləndirirəm…

Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında heç bir abituriyent maksimum 700 balı toplaya bilməyib.

Rafiq Həsənov

Şərh Yaz