Şəhidin medalı anım günündə ailəsinə təqdim edilib

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı Fuad Nəcəfovun “Cəbrayılın azad olunmasına görə” medalı İsmayıllı rayonunun Qalınçaq kəndində yaşayan – Birinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş atası Teleh Nəcəfova təqdim edilib.

Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, şəhidin ailə üzvləri, kənd sakinləri və hərbiçi yoldaşları iştirak ediblər.

Rayon rəhbəri şəhid Fuad Nəcəfovun və qəhrəman şəhidlərimizin keçdikləri şanlı döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən bəhs edib. O bildirib ki, illər keçsə də şəhidlərimiz, onların qəhrəmanlıqları unudulmayacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamları ilə Fuad Nəcəfov “Qarabağ” ordeni , “Vətən uğrunda” medalları ilə də təltif edilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

 

Şərh Yaz