Minnətdarlıq

Möhtərəm cənab Prezidentimizin apardığı məqsədyönlü xarici və daxili siyasət nəticəsində Azərbaycanımız günü-gündən inkişaf edir və dünyanın ən nüfuzlu ölkələri sırasında layiqli yerini tutur. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir, Azərbaycanın regionda liderliyini qoruyub saxlayır. Ölkəmizin sosial-iqtisadi sahədə dayanıqlı inkişafı bütün istiqamətlərdə güclü dövlət dəstəyinin bariz nümunəsidir.

Dövlətimizin başçısının qətiyyətli addımları, milli maraqlara xidmət edən müstəqil siyasəti, xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, ölkədə yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycanda sarsılmaz xalq-dövlət birliyinə səbəb olan əsas amillərdir. Bütün sahələrdə olduğu kimi tikinti-quruculuq, yol infrastrukturunun inkişafı və təkmilləşdirilməsi dövlət proqramının prioritet istiqamətlərindəndir. Dövlət Proqramının yerlərdə də məsuliyyətlə, böyük sevgi ilə icra edilməsi əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər xalqın dövlətə olan sevgisini, inamını və milli birliyimizi daha da artırır.

Qısa müddətdir sakini olduğum İsmayıllı şəhərində Qəzli məhəlləsinin əsas çıxışı yolunun təmiri və asfalt örtüklə təmin edilməsinə, ümumilikdə dövlət siyasətini və Dövlət Proqramının rayonumuzda uğurla icra edildiyinə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və İsmayıllı bələdiyyəsinə dərin minnətdarlığımı çatdırıram.

Qasımova Elnarə Ayyət qızı,

İsmayıllı şəhər sakini

 

 

 

Şərh Yaz