O bizi cənnətdən izləyir                                        

  Biri var idi, biri yox idi. Famil adlı bir müəllim var idi. Bu müəllimi kiçiyindən böyüyə qədər hər kəs sevir, hörmət edirdi. Təkcə bir müəllim kimi deyil, bir insan kimi öz vəzifələrini layiqincə yerinə yetirirdi. Şagirdlərinə tarixi mükəmməl səviyyədə öyrədirdi. 45 yaşı təzəcə tamamlanmışdı. Vətən müharibəsi başladı. Hamıdan öndə, Vətənin keşiyində durub torpaqlarımızı düşmən tapdağından azad etməyə yollandı.

Bəli, Famil müəllim! Artıq cənnətdən izləyir bizi! Ən dəyərli pedaqoq, ən gözəl insan! Məni müəllimlik ixtisasına yönləndirən əziz müəllimim, idealım. Yaşarkən hər zaman zirvəni seçdiniz, ölümünüzlə də şəhidlik zirvəsinə ucaldınız. Siz qəlbimizin ən gözəl yerində məskən saldınız. Nur içində yatın. Allahdan sizə rəhmət, yaxınlarınıza səbr diləyirəm!

Sevda Soltanova

Şərh Yaz