İsmayıllı rayonunda dezinfeksiya işləri aparılır                         

İsmayıllı şəhərində xüsusi karantin rejimində sanitar epidemioloji normalara əməl olunaraq sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
“COVID-19” virusuna qarşı mübarizə məqsədi ilə İsmayıllı şəhərində dezinfeksiya tədbirləri davam edir. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin küçə və prospektləri, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin ətrafları, yaşayış binalarının girişləri və məişət tullantıları konteynerlərinin zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri həyata keçirilir.

Aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd rayon sakinlərini  “COVID-19” virusundan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun geniş yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.

 

Şərh Yaz