Yaddas kitabcasi

İtkin düşmüş hərbi qulluqçunun yaşadığı mənzil təmir olunub                      

44 günlük Vətən müharibəsi döyüşləri zamanı itkin düşmüş hərbi qulluqçunun ailəsi yaşayan mənzil əsaslı şəkildə təmir edilib.

Bir neçə gün əvvəl təmir olunmuş mənzil Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu Qədirli Elnur Rəcəb oğlunun ailəsinə təhvil verilib. Rayon rəhbərliyinin tapşırığına əsasən daxili imkanlar hesabına aparıldan təmirdən sonra mənzil lazımi invertarlar, məişət avadanlıqları ilə təmin olunub və rahat yasayış üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Qədirli Elnur Rəcəb oğlu 27 avqust 1997-ci ildə İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2004-cü ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 255 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. 2015-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı  (2016-cı il) Aprel döyüşlərinin iştirakçısı olub.

Vətən müharibəsi ilk günlərindən Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb.

Azərbaycan Respubliası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən 19 noyabr 2020-ci ildən etibarən Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçu hesab olunur.

Həmyürlimizin ailəsinə göstərdiyi diqqət və dəstəyə görə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə bütün ismayıllılar adından təşəkkür və minnətdarlıq edirik.

İsmayıllı xəbərləri”

Şərh Yaz