Şəhidin müqəddəs məzarı ziyarət olunub                       

13 iyul Azərbaycan əsgəri, şəhid Xəyyam Daşdəmirovun dəfn olunduğu gündür. İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları bir il əvvəl  Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş X.Daşdəmirovun İsmayıllının Balik kəndindəki müqəddəs məzarını ziyarət ediblər.

Xəyyam 2002-ci ildə İsmayıllı rayonunun Balik kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

İsmayıllı xəbərləri”

 

 

Şərh Yaz