Göstərdikləri şücaətlər iftixar və qürur hissi doğurur                   

İsmayıllı Regional Mədəniyyət İdarəsində İkinci Qarabağ müharibəsində iştirak etmiş, tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən söz açib və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda keçirilən hərbi əməliyyatlarda hərbçilərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar və qürur hissi doğurduğunu bildirib, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb, onlara mənəvi dəstək göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğu söyləyib.

Görüşdə iştirak edən müharibə iştirakçıları keçdikləri şərəfli döyüş yolu ilə bağlı qürurverici xatirələri dilə gətiriblər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qobustan rayonundan olan Coşqun Bünyətov “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Səmid Orucov “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Ağsu rayonundan olan Taleh Cavadlı “Suqovuşanın azad olunmasına görə”, İsmayıllı rayonundan Ramiz Nuriyev “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, Orxan Babazadə isə “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Görüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva iştirak ediblər.

Nurtən

Şərh Yaz