Yeni təyinat                

İsmayıllı Rayon İcra Hakimiyyəti  başçısının sərəncamına əsasən Süleymanov Mahmud Məhəmmədəli oğlu İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Mahmud Süleymanov 6 mart 1976-cı il tarixində İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. Naxçıvan Universitetinin inzibati idarəetmə, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarını bitirib.

Qeyd edək ki, bundan öncə M.Süleymanov İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlil və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

 

 

 

 

Şərh Yaz