Mənzil şəraitimiz yaxşılaşdı                     

Ötən əsrin 60-cı illərində İsmayıllıdakı mərkəzi küçədə bir neçə ikimərtəbəli yaşayış binası tikildi. O zaman üçün bu binalar şəhərin ən yaraşıqlı, yeni binaları idi. O binalardan birində bizim də mənzilimiz vardı. Keçən müddət ərzində çox şey dəyişib – zaman, tikililər, özümüz də…

İndi yaşım 60-dan yuxarıdır. Bu yaxınlarda ailəmiz gözləmədiyi sevinci yaşadı. Şəhərin Natəvan küçəsində inşa edilmiş, hər cür müasir şəraiti olan çoxmənzilli binada yaşayış sahəsi ilə təmin olundu.

Bu gün hər kəs təbii olaraq, mənzil şəraitinin yaxşılaşması arzusundadır.

Ailəmiz dövlətimizin gücü və qüdrəti hesabına bu arzuya yetişdiyi üçün ölkə rəhbəri  Prezident cənab İlham Əliyevə, eləcə də şəraitimizi nəzərə alan rayon rəhbərliyinə dərin minnətdarlığını bildirir.

Rasim Cəfərov,

İsmayıllı şəhər sakini

Şərh Yaz