Yaddas kitabcasi

İsmayıllıda “KOB Dostu” fəaliyyətə başlayıb                       

İsmayıllı rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb.

Mövcud pandemiya qaydalarına uyğun olaraq sahibkarların, yerli icra hakimiyyətinin və müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə KOB-un, Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində tədbiri keçirilib.

Keçirilmiş tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov çıxış edərək qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Kiçik və orta biznesin İsmayıllıda inkişaf etdirilməsi üçün çoxlu imkanlarının olduğunu, “KOB Dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, İsmayıllı rayonu üzrə “KOB Dostu” ofisi Heydər Əliyev parkında yerləşən Uşaq Yaradıcılıq və İnkişaf Mərkəzində fəaliyyət göstərəcək. Həmin ofislərdə sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Yaxın günlərdə “KOB Dostu” ilə birgə ofislərdə “KOB könüllüləri” də fəaliyyətə başlayacaq.

Məlumat üçün bildiririk ki, bu gündən etibarən İsmayıllı və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün “KOB Dostu”na müraciət edə bilərlər.

Şərh Yaz