Aprel döyüşləri – Şanlı Qələbənin təkan nöqtəsi                   

İsmayılı Dövlət Humanitar və Texnologiya Kollecinin riyaziyyat və informatika fənn birləşməsinin müəllim və tələbə kollektivi Azərbaycan Ordusunun parlaq tarixi qələbəsinin başlanğıcı olan şanlı Aprel döyüşlərinə həsr olunmuş onlayn tədbir keçirib.

Tədbirdə tələbələr Aprel döyüşlərinin şəhid və qaziləri haqqında məlumat verərək, hazırladıqları videoçarxı təqdim ediblər. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsi ehtiramla anılıb. Aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş və  canından keçmiş  İsmayıllı rayon sakini Vahabzadə Mikayıl Yaqub oğlu və qazi Ağayev Yaşar Təvəkkül oğlunun həyat yolundan kollecin tarix müəllimi Əli Baxışlı söz açıb.

Təşkil olunmuş görüşdə əsas məqsəd Azərbaycan Dövlətinin və Ordusunun gücünü düşmənə göstərərək, böyük zəfərin başlanğıcı kimi tarixə düşmüş Aprel döyüşləri qəhrəmanlarını xatırlamaq, gənclərimizə tarixi zəfərin önəmini anlatmaq, Milli Ordumuzun hərbi qulluqçularının göstərdiyi igidliyi, bu tarixi hadisənin əhəmiyyətini, qəhrəmanlıq nümunələrini, Azərbaycan dövlətinin qüdrətini gələcək nəsillərə ötürülməsini təmin etməkdir.

M.Ağayev

Şərh Yaz