Növbəti “Nümayəndə günü” keçirilib                                            

Aprel ayının birində İsmayıllı Rayon İcra Hakimiyyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin iştirakı ilə “Zoom” proqramı üzərindən növbəti “Nümayəndə günü” keçirilib. Onlayn görüşdə gündəlikdə duran mövcud aktual məsələlər müzakirə olunub.

Görüş zamanı koronavirus (COVID-19) xəstəliyinin qarşısının alınması istiqamətində tədbirlərin təşkili, ərazilərdə reydlər və maarifləndirmə aksiyalarının keçirilməsi, quş qripinin qarşısının alınması  ilə əlaqədar manitorinqlərin keçirilməsi,  40 yaşdan yuxarı sakinlərin vaksinasiya olunması, ərazilərdə təmizlik işlərinin aparılması, təsərrüfatbaşına uçot kitablarının təlimatın tələblərinə uyğun işlənilməsi, qanunsuz zəbt olunmuş torpaqların açılması, əmək intizamı, etik davranış qaydaları, vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin müəyyən edilməsi və onların həlli,  sosial şəbəkələrdən istifadə və digər cari məsələlər ətraflı müzakirə olunub.

Tütün əkini və barama saxlanması ilə əlaqədar mövcud məsələlər də müzakirə olunub.

 

Şərh Yaz