Rəsmi İrəvanın işğalçı siyasətinə son
Uzun illərdir Ermənistanın Azərbaycana qarşı isğalçılıq siyasəti davam edir. Azərbaycanın tarixi torpaqlarında yaranmış Ermənistan respublikası yeni ərazilər əldə etmək üçün dəfələrlə terrora əl ataraq, Azərbaycanın mülki əhalisinə qarşı soyqırım siyasəti həyata keçirmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazilərinin azad olunması istiqamətində əsaslı və lazımı tədbirlər görə bilmişdir.
Ilk öncə ulu öndər Heydər Əliyevin həyata keçirtdiyi siyasət nəticəsində ölkəmiz inkişaf etməyə başladı və ordu quruculuğuna xüsusi diqqət ayrıldı.
Hal-hazırda Ulu Öndərin siyasi xəttini həyata keçirən ölkə başçımız Ilham Əliyev prezident seçildiyi vaxtdan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün geniş fəaliyyətə başlamışdır. Ordu quruculuğunda ixtisaslı kadrların artırılması, ordu arsenalına müasir silahların ve texniki avadanlıqların əlavə edilməsi, mütəmadi həyata keçirilən təlimlər nəticəsində Azərbaycanın güclü ordusu formalaşmışdır. Son illərdə ölkə başçımız cənab İlham Əliyev Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində calişsa da Ermənistanın cinayətkar hərbi rəhbərliyi hər dəfə danışıqlar prosesindən yayınırdı. Düşmən tərəfindən 44 günlük Vətən müharibəsi dövründə dinc yaşayış yerlərinə istifadəsi qadağan olunmuş silahlardan atəş açılması dinc insanlara qarşi kütləvi təlafata səbəb olmaq insanlığa siğmayan hərəkət və cinayətdir. Azərbaycan müharibə zamanı istifadə olunmuş Isgəndər-M Raketi ile bagli acıqlama tələb etməsinə baxmayaraq rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir.
Artıq biz qalib ölkəyik. Torpaqlarımız işğal altından azad edilib. Vətənimiz azaddır!
Ölkə liderimizin bildirdiyi kimi gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, orada Göyçə var.
Bu gün qələbəmiz həm ölkədə, həm də regionda sürətli inkişafa zəmin yaradıb. Daimi sülhün bərqərar olmasi regionda olan hər bir dövlət üçün iqtisadi cəhətdən faydalı olacaq. Bununla yanaşı təkcə region dovlətləri ilə deyil beynəlxalq əməkdaşlıq üçün yaxsı imkanlar yaranır. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycan öz ərazisində yaşayan , millətindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşının sevdiyi və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə gözünü qırpmadan canını fəda edən , Azərbaycanın rifahı üçün çalışan hər kəsin doğma vətənidir.
Ölkə başçımızın dediyi kimi artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Əli Baxışlı,
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tarix müəllimi