Yaddas kitabcasi

Azad edilmiş bütün torpaqlar bərpa ediləcək

28 ildir ki, Dünyanın Ali Beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal etdikləri torpaqlardan dərhal çıxmasını tələb etsə də, 1993-cü il və sonralar qətnamələr qəbul  edilsə də, bu heç bir nəticə vermirdi, baxmayaraq ki, Azərbaycanın  haqlı mövqeyini ATƏT-ə Qoşulma Hərəkatı, İslam Əməkdaşlıq, Təşkilati, Avropa Parlamenti və digər təşkilatlar  müdafiə edirdilər.

Bu gün artıq Geostrateji əhəmiyyətə malik olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən işğaldan azad olunub və bu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Tezliklə Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsi rolunu həyata keçirəcək və nəqliyyat kommunikasiya, infrasturktur layihələri bütün türk dünyasını birləşdirəcək.

30 ildir davam edən münaqişə noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında bəyanat imzalanması ilə hərbi siyasi həllini tapdı.

Dövlət başçımızın bəyan etdiyi kimi bu gün Dağlıq Qarabağ adında hər hansı bir ərazi vahidi yoxdur. Azad edilmiş torpaqlarda, hər şey – şəhərlər, evlər, kəndlər, məscidlər, tarixi abidələrimizin  dağıdılmasının şahidi olduq. İşğaldan azad olunmuş ərazilərimizdə  bir salamat bina tapılmırdı ki, Azərbaycan bayrağı asılsın.

Ermənistan bu günə qədər bizə mina xəritələrini verməyərək, növbəti hərbi cinayət törədir ki, bu da, azərbaycanlı mülki şəxslərin və hərbiçilərin minaya düşərək həlak olmasına səbəbə olur.

II Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycan ordusunun tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Tarixi şəhərimiz olan Şuşa noyabrın 8-i azad edildi və  Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Başda Ali Baş Komandanımız və Müzəffər ordumuz Azərbaycan xalqına öz tarixi və əbədi torpaqlarını geri qaytardı. Şuşanı əsarətdən qurtarmaqla Azərbaycan tarixinə adı qızıl  hərflərlə yazılan Möhtərəm Prezidentimiz, torpaqlarımızın bərpası üçün əlindən gələni edəcəyini bildirdi. Torpaqlarımızı işğal edib tarixi abidələrimizi  dağıtmaqla oradan Azərbaycan tarixini silə biləcəyini düşünən ermənilər bu gün qəhrəman və qalib Azərbaycanı gördü və Qarabağın Azərbaycanın əzəli və əbədi torpaqları olduğunu bir daha anladı.

Müharibənin ilk günündən, yəni setyabrın 27-dən qardaş Türkiyədən açıq şəkildə dəstək aldıq. Bu siyasi və mənəvi dəstəyin əhəmiyyəti çox böyük idi. Bu dəstək bizə imkan verdi ki, kənar qüvvələr məsələyə müdaxilə etməsin.

Ölkə başçimizin dediyi kimi “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır”. Bu gün biz doğma yurdumuzdayiq – Qarabağımızdayıq… Artıq biz gəlmişik və heç kim bundan sonra bizi buradan çixara bilməz.

Nurlu Nəbiyeva,

İsmayıllı Dövlət Humanitar və Texnologiya KollecininAzərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz