Yaddas kitabcasi

Ordumuzun gücünü bütün dünya gördü    

Azərbaycan Ordusu- artıq bu söz böyük qüdrətə malikdir. Biz xalqımızın yeni, şanlı qəhrəmanlıq tarixini yazdıq. Bütün zirvələri qət etdik! Elə bir zirvə yoxdurki, onu biz qət edə bilməyək.

Azərbaycan ordusu imkan vermədi ki,torpaqlarımızda ikinci bir Ermənistan dövləti qurulsun. Şanlı ordumuz öz sözünü döyüş meydanında dedi. Biz tək döyüş meydanında qələbə qazanmadıq eyni zamanda siyasi arenada da erməniləri diz çökdürdük. Azərbaycan ordusunun qəhrəman oğulları dediyini etdi və ordusunun gücünü,qüvvətini bütün dunyaya nümayiş etdirdi. Heç bir qüvvə azərbaycanlıların vətən sevgisinin qarşısında dayana bilməz. Ali Baş komandanımız  İlham Əliyevin rəhbərliyi ilə ordumuz Şanlı qələbə qazandı.

Dünyada çox ilklərə imza atan Prezidentimizin 44 gündə qazandıqları heyrətedici dərəcədə başarılı və inanılmaz idi. XXI əsrin Fatehi Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020 ci il Azərbaycan üçün uğurlu bir il oldu. Ən böyük uğur isə  Dəmir yumruq adı altında Böyük Vətən müharibəsində Müzəffər ordumuz zəfər çalaraq, erməni vandallarını torpaqlarımızdan qovub ,ərazi bütövlüyümüzü bərba etdi. Bu  Azərbaycanın tarixinə yazılmış ən böyük  uğur idi. Bu döyüş xalqımız üçün vətən müharibəsi idi. Ən mühümü odur ki, Azərbaycan hərbi əməliyyatları ən muasir döyüş imkanları ilə həyata keçirir və biz bu döyüşlərdə bir daha Prezidentimizin həyata keçirdiyi modern ordu quruculuğunun şahidi olduq.

Müstəqillik sevincimizi yaşamadan, üzləşdiyimiz torpaq itkisi bizi daha da çalışmağa, torpaqlarımıza qovuşmağa gedən yolda daha əzmkar, mətanətli olmağa vadar edirdi.  Dağlıq Qarabağ və ətraf rayonlar işğal altında olmasına baxmayaraq, Prezidentimiz işğal olunan ərazilərdən köçürülən əhaliyə dayaq oldu, onlara sahib çıxdı. Qarabağlı olan, ancaq Qarabağda doğulmayan uşaqlar Qarabağ sevgisi ilə böyüdüldü. Biz Qarabağa bu gənclərin böyük vətən sevgisi ilə qayıtdıq.  Qarabağın işğal olunmuş ərazilərdən hələ körpə ikən atasının, anasının qucağında  çixan körpələr bu gün  Qarabağa əllərində silahla, tankın üstündə vətənpərvər və bacarıqlı peşəkar zabitlər kimi qayıtdılar. Biz Qarabağa yumruq kimi birləşən xalq kimi qayıtdıq.  Biz Qarabağa yenilməz Ali Baş komandanımız və güclü ordumuzla qayıtdıq.

Qələbəmizdir: – Vətən, insan, yurd sevgimiz! Şəhid olan ,qazi olan oğullara hörmət və ehtiramımız !

Qiymətli torpağımız, əzəli əbədi yerimiz, Vətənimiz!

Amalımız, İstəyimiz güclü Lider, güclü Dövlət, güclü Ordu, güclü Xalq birliyi ilə qorunaq! Səhvlərə yol verməyək, bir yumruq olaq! Qoy Şəhidlərimiz rahat uyusun. Onlar öz gələcəklərini bu torpaqlar uğrunda fəda etdilər. Bu torpaqlara sahib çixmaq bizim borcumuzdur. Qalib ölkənin , güclü, sayılıb seçilən ölkənin vətəndaşı olmağımızla Qürurluyuq..!

Günel Muradova,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin ümumtəhsil fənn birləşmə sədri

Şərh Yaz