Əziz Şuşa, sən azadsan!     

Noyabrın 8-i 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini verərkən bildirmişdi :

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir!

Qarabağ Azərbaycandır!

Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, muğam sənətimizin beşiyi, milli kimliyimizin  simvolu Şuşanın, Şuşa qalasınn düşmən işğalından azad olunması xəbəri o qədər möhtəşəm,o qədər şanlı və qürurlu bir xəbər  idi ki, bütün söz və ifadələr, bədii təsvir vasitələri Azərbaycan xalqının hisslərini və duyğularını ifadə etməyə acizdir. Həmçinin möhtəşəm xəbərin yaratdığı əhval –ruhiyyə, mənəvi ovqat o qədər müqəddəs və izaholunmazdır ki, o hisslərimizi yazıya almaq, ifadə etmək olduqca çətindir.

Sentyabrın 27-də mənfur düşmənlərimizin yeni təxribatına cavab olaraq Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatlarının 44 günlük  müharibəyə

çevrilməsi, 30 illik işğala qısa müddət ərzində son qoyulması, tariximizin ən ləyaqətli və şərəfli gününü yaşamağımızla doğma Qarabağımızın döyünən  ürəyi Şuşa qalasının düşmən əsarətindən azad olunması xalqımızın tarixinə parlaq və şanlı səhifələr yazdı. Möhtərəm Prezidentimiz, Ali Baş  Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tarixi ədaləti bərpa etdi. Uzun illərdir kağız üzərində qalan Birləşmiş Millətlər Təşkilatının qətnamələri döyüşdə, səngərdə zabit və əsgərlərimizin canları və qanları bahasına misilsiz qəhrəmanlıqları ilə həyata keçirildi. Ölkəmizin Prezidentinin həm diplomatik cəbhədə, həm də döyüş xəttində qazandığı nailiyyətlər Azərbaycan ordusunun Şuşanın fəthu xəbri düşmənlərimizdə yaratdığı ruh düşkünlüyündən heç bir zaman özlərinə gələ bilməyəcəklər və ölkə başçımızın bildirdiyi kimi onlara elə layiq olduqları cavab verildi ki, bir daha bizim tərəfə baxmağa cəsarət etməyəcəklər.

Vətən müharibəsinin başlandığı ilk gündən cəsarətli və prinsipial mövqeyini bildirən Möhtərəm Prezidentimiz Şuşasız bizim işimiz yarımçıq qalar – söyləmişdi. Xalqımızın qarşısında verdiyi bütün  vədlər kimi, bu vədi də ölkə başçimiz qisa müddətdə yerinə yetirdi. Allaha şükürlər olsun ki, işimiz yarımçıq qalmadı, müqəddəs bayrağımız Şuşa qalasına sancıldı. Şuşa qalasına bayraq sancan əsgər dünyanın ən ləyaqətli və xoşbəxt əsgəridir! Şuşanın fəth edən Ali Baş Komandanım dünyanın ən güclü sərkərdəsidir! Şuşaya sahib olan xalq dünyanın ən qədim və xoşbəxt xalqıdır! Azərbaycan əsgəri – Qəhrəmansan! Ali Baş Komandanım – Yenilməzsən! Məğrur Azərbaycan xalqım – Əyilməzsən!

Kəmalə Süleymanlı,

İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin direktoru dosent

 

Şərh Yaz