Yaddas kitabcasi

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Novruz bayramı münasibətilə İsmayıllı sakinlərinə təbriki

                                Əziz İsmayıllılar, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Sizin hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlər  boyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.

Ənənələrimizi, milli dəyərlərimizi hər zaman qorumalı, onları gələcək nəsillərə ötürməliyik.

Bu il Novruz bayramını bir başqa cür qeyd edirik. Koronavirus pandemiyasına görə kütləvi tədbirlərin keçirilməməsinə baxmayaraq xalqımız çox sevinclidir. İllərnən həsrətində olduğumuz Qarabağımızda, Şuşamızda bayram tonqalının alovlanmasının şahidi olduq. Bizə bu günü yaşadan Ali Baş Komandanımıza, müzəffər ordumuza minnətdarıq. Torpaqlarımız uğrunda canlarından keçən vətən fədailərimizi, öz qanları ilə tarixin səhifəsinə əbədi həkk edənləri heç zaman unutmayacağıq. Onların amalı Vətəni yağı düşməndən azad etmək, yurdumuzun hər yerində üçrəngli bayrağımızı dalğalandırmaq idi.

Şanlı qələbəmizlə yekunlaşan Vətən müharibəsində vətəpərvər ismayıllıların əməyinin olması qürurvericidir. İsmayıllı gənclərinin bu qələbədə qəhrəmanlıqları yaddaşlara yazıldı.

Əziz ismayıllılar!

Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. Bu qayıdışa sevindiyimiz qədər şəhidlərimiz üçün də üzülürük. Arzu edirəm ki, bu üzüntü xalqımız üçün son olsun. Şanlı qələbənin vaxtına təsadüf edən həmrəyliyimizin rəmzi olan bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!

Şərh Yaz