Bir qrup işsiz gənclə görüş keçirilib    

    İsmayıllı Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin işə qəbul imtahanlarından uğur qazanmış gənclərlə görüş keçirılib.

Tədbirdə dövlət qulluğunun inzibati vəzifələrinin 3-7-ci təsnifatları üzrə müvafiq sertifikat almış, hazırda işsiz olan rayon sakinlərinin imtahanlardakı nəticələri və intellektual potensialları diqqət çəkib. Eləcə də onların gündəlik həyat tərzi, qayğıları  müzakirə olunub.

Gənclərə yerli dövlət müəssisə və təşkilatlarında mövcud vakant vəzifələr barədə məlumatların çatdırılması ilə yanaşı, kadr təyinatları zamanı onların da nəzərə alınacaqları bildirilib.

Gəncləri diqqətlə dinləyən RİH başçısı Nahid Bağırov rayonda vətəndaşların işlə təmin edilməsinə məsul olan qurumların rəhbərlərinə məsələ ilə bağlı müvafiq tapşırıqlar verib.

Gənclər səmimi görüşə və xüsusi diqqətə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə ediblər.

 

 

Şərh Yaz