Kommunal xidmətində çalışan xanımlar təbrik edilib
8 Mart – Beynəlxalq Qadınlar Günü İsmayıllıda da qeyd olunub. Bayram münasibətilə şəhərdə “Qadınlarımızın zəhmətini dəyərləndirək” təbrik aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin və şəhər İƏD üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə kommunal xidmət sahəsində çalışan qadınlar təbrik edilərək xüsusi gün münasibətilə onlara xoş arzular çatdırılıb.
Aksiyanın keçirilməsində əsas məqsəd 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərimizin təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar xanımları sevindirmək olub.
Keçirilən bu aksiya xanımlar tərəfindən maraqla qarşılanıb. Onlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.