Faydalı təlimlər                                     

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birlikdə həyata keçirtdiyi “COVID-19 dövründə qadın sahibkarlığın inkişafına dəstək” layihəsinə 60 nəfər qadın cəlb olunub. Onlarla bir neçə ay ərzində pandemiyanın tələblərinə uyğun olaraq müxtəlif mövzularda 10 təlim keçirilib. İştirakçılarla fərdi şəkildə əlaqə saxlanılaraq hər biri üçün biznes plan hazırlanıb. Yekunda 44 layihə seçilərək reallaşması üçün maliyyə vəsaiti ayrılmışdır.

Mart ayının 17-də ilk olaraq 25 nəfərə maliyyə vəsaitləri təqdim edilib. Qadınlar daha çox maldarlıq, şirniyyat və dərzilik sahələri ilə məşğul olmaq üçün layihə təqdim ediblər.

Təlimdən faydalanan qadınlarımıza uğurlar diləyir, bunun nümunə ola biləcək başlanğıc olduğuna inanırıq.

İşləriniz avand, güzəranınız xoş olsun, əziz qadınlar!

L.Kəbirova

 

 

 

Şərh Yaz