Azərbaycan tolerantlığın vətənidir

Məlumdur ki, birgəyaşayış modelinin universal nümunəsi olan ölkəmizdə Azərbaycan və digər xalqların nümayəndələri bir ailə kimi yaşayıblar,bundan sonra da belə olmalıdır. Azərbaycan hər zaman tolerantlığın ünvanı olub, öz etnoqrafik rəngarəngliyi ilə daim seçilib.
Xalqımızın ermənilərlə də tarixi bağlılığı mövcuddur. Gürcüstanda və digər ölkələrdə azərbaycanlılarla ermənilərin birgə yaşadığı kəndlər var. Bu gün də bizim xalqlarımız sülh və əminamanlıq şəraitində yaşamalıdırlar.Ölkə başçısı cənab İlham Əliyevin mətbuat konfransında söylədiyi fikirlərdən bu qənaətə gəlmək mümkündür.
Ermənistanın siyasi dairələri anlamalıdırlar ki, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaq. Dövlət başçısı xüsusi vuğulaıb ki, hər hansı təhlükə görəriksə, buna dərhal cavab verəcəyik.10 Noyabr Bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən, addım-addım regiona gələcək.
Bəli, İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli-mənəvi dəyərlərinə, dini irsinə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər icmaların fəaliyyəti yüksək səviyyədə dəstəklənir.
Elə doğma İsmayıllımızda azərbaycanlılarla yanaşı tatlar, ləzgilər, ruslar və digər xalqların nümayəndələri sülh və harmoniya içərisində güzəran keçirir, övladları eyni məktəblərdə təhsil alırlar.Unikal yaşayış məskəni olan Lahıcda icma-sənətkarlıq evinin, icma əsaslı məktəbəqədər təhsil ocağının fəaliyyət göstərməsi, azərbaycanlıların, rusların, ləzgilərin hər zaman mehriban yaşadığı İvanovka kəndindəki icma evləri birgəyaşayışın və əbədi dostluğun bariz nümunəsidir.
Qeyd etməliyik ki, möhtərəm Prezidentimiz dəfələrlə müxtəlif etnik qrupların birgə yaşadığı bu kəndlərdə olmuş, onların həyat tərzi ilə maraqlanmışdır.
Əməkdaşlığa açıq olan bir ölkə kimi Azərbaycanda heç bir zaman dini, milli anlaşılmazlıq olmayıb.Ölkəmizdə yaşayan bütün millətlər, o cümlədən ermənilər Azərbaycan vətəndaşlarıdırlar, fərqli dillərdə danışsalar belə, xalqın digər nümayəndələri kimi bütün imtiyazlara malikdirlər. Azərbaycanda yaşayan hər bir xalqın dili qorunduğu kimi, erməni dili də qorunacaq. Hələ sovet dönəmində ermənilərin yaşadığı bölgələrimizdə erməni dilində qəzetlər dərc edilirdi, xüsusi proqramlar həyata keçirilirdi.
Bir sözlə, əgər ermənilər öz ulu babalarının xülyalarına qapılmayıb reallıqla yaşayarlarsa, o zaman görüləcək işlər onların da rifahının yaxşılaşmasına gətirib çıxaracaq.
Gəlin çalışaq ki, atdığımız bütün addımlar xalqlarımızın birgəyşayışına, onların sülh və əminamanlıq şəraitində qurub-yaratmalarına kömək etsin.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti
Ülviyyə Zeynalova

Şərh Yaz