Təşkilatın işi qənaətbəxş hesab olunub                     

17 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında YAP İsmayıllı rayon təşkilatının Şura üzvləri, ilk partiya təşkilat sədrləri, fəalları və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov iştirak etmişdir.

İclasda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd etmişdir ki, rayon təşkilatı 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurub.

Həmçinin YAP İsmayıllı rayon təşkilatının 2021-ci ilin birinci yarımilliyi üzrə Fəaliyyət planını təqdim edən Sevil Əhmədova planın 27 bəndi əhatə edən 3 bölmədən – partiya təşkilat işi, ideoloji iş və tədbirlər bölmələrindən ibarət olduğunu bildirdi və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Çıxış edən YAP İcra Katibliyinin məsul əməkdaşı Emil Abasov vurğulayıb ki, həm Milli Məclisə keçirilən seçkilər, pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.

Qarşıda duran məsələlərdən danışan E.Abasov qeyd edib ki, rayon təşkilatı 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli, partiyamızın sədri, ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən tədbirlərin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin etməli, sosial şəbəkələrdə fəallığı daha da gücləndirməlidir.

Daha sonra müzakirələr aparılıb. Çıxış edən YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, YAP İsmayıllı rayon təşkilatının gənclər birliyinin sədri Ariz Həsənov və rayon təşkilatının sədr müavinləri Zaur Muradov, Taleh Salehov, Şura üzvləri Hafiz Kərimov, Novruz Əsədov görülən işlərdən danışıb, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə fəallıqları ilə fərqləndiklərini qeyd edib, 2020-ci ildə rayon təşkilatının işi qənaətbəxş hesab olunub.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət planı qəbul edilib.

Şərh Yaz