Məktəb psixoloqları ilə onlayn görüş keçirilib                    

İsmayıllı Rayon Təhsil Şöbəsi metodistlərinin keçirdiyi onlayn görüşdə şöbənin əməkdaşı Rəna Mirzəliyeva çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbənin, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsi olduğu, xalqımızın qəhrəman övladları ilə hər zaman fəxr etdiyini xüsusi vurğulayıb.

O, 44 günlük döyüşdən zəfərlə qayıdanların normal həyata adaptasiyada çətinlik çəkdikləri, bu səbəbdən ailədə, işdə müəyyən problemləri olduğunu, depressiyaya düşə biləcəklərini də bildirdi. Çünki onlar savaşda əsgər yoldaşlarını itirib, müharibənin dəhşətlərini görüblər. Ona görə məktəb psixoloqları  həm şəhid ailələri, həm də qazilərlə söhbətlər aparmalı, travmalarını aradan qaldırmaları yolunda onlara dəstək göstərməyin vacibliyini qeyd edib.

RTŞ-nin aparıcı məsləhətçi Mayıl Səfərov məktəb psixoloqlarının başlıca vəzifələrinə toxunaraq, psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməyin önəmini vurğulayaraq, pandemiya şəraitində şagirdlərlə mütəmadi maarifləndirmə işinin aparılmasını, əlverişli psixoloji mühitin məktəbdə yaradılmasının vacibliyini bildirib.

Daha sonra təhsil şöbəsinin psixoloqu Ruslan Kamilov məktəblərdə psixo-pedaqoji işin aparılması, maarifləndirici tədbirlərin keçirilməsi, valideyn komitələri ilə iş, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə, sosial şəbəkələr və onlardan istifadə, şagirdlərdə iradi-psixoloji keyfiyyətlərin formalaşdırılması və gücləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.

Sonda psixoloqları maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə Zeynalova

Şərh Yaz