Məqalə maraqla qarşılanıb

İstanbul İnkişaf (Gelişim) Universitetinin müəllimi Dr. Mustafa Tunay və İsmayıllı Rayon Təhsil Şöbəsinin psixoloqu Ruslan Kamilov tərəfindən üzərində araşdırma apardıqları “Çalışanların Liderlik, Mobbing ve İş Tutumu Arasındakı İlişkilerinin İncelenmesi: Nahçivan Öğretmenler Enstitüsü” məqaləsi, Türkiyənin elmi məqalələrinin çap olunduğu “Alanya Akademik Bakış Dergisi” və ya “Dergi Park” elmi jurnalında işiq üzü gördü. 2017-ci ildə Naxçıvan Müəllimlər İnsititutunda keçirilmiş anket sorğusu nəticələri SPSS 22 statistik analiz proqramından istifadə edilərək, məqsədə nail olunmuşdur.

Araşdırmada əldə olunan nəticəyə əsasən, liderlik metodlarından bəzilərinin mobbingin yaranmasına səbəb olduğu və bunun da işləyənlərin, iş performansına mənfi təsir etdiyi təsdiq olunmuşdur. Qeyd edək ki, məqalə qısa zamanda böyük maraqla qarşılanmışdır.

İsmayıllı Rayon Təhsil Şöbəsinin psixoloqu Ruslan Kamilova elmi işlərində uğurlar arzu edirik.

Məqalə ilə tanışlıq üçün aşağıda göstərilən linkə keçid edə bilərsiniz.  https://dergipark.org.tr/…/alanyaaka…/issue/60067/817851

Mayıl Səftərov,

İsmayıllı RTŞ-nin aparıcı məsləhətçisi

Şərh Yaz