Şəhidin ev muzeyi ziyarət olunub                     

İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları Kürdmaşı kəndində şəhid Fərid Əliyevin valideynləri ilə görüşüb, ev muzeyini ziyarət ediblər.

Ev-muzeydə şəhidin qazandığı uğurlarını əks etdirən eksponatlar – fotoşəkillər, istifadə etdiyi şəxsi əşyaların bir qismi cəmləşdirilib.

Ziyarətçilər xalqımızın Fərid kimi qəhrəman oğulları ilə fəxr etdiklərini, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində öz canları, qanları bahasına doğma Qarabağımızı işğaldan azad edən igid, cəsur, mərd oğullarımızın ruhu qarşısında baş əydiklərini, valideynlərinə isə bir Azərbaycan vətəndaşı kimi borclu olduqlarını bildiriblər.

Gülşən Mehdiyeva

Şərh Yaz