Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti bərpa olunur    

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, fevral ayının 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin – dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Mövcud vəziyyət nəzərə alınaraq, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə bağçalarda təlim-tərbiyə işlərinin davam etdirilməsi nəzərdə tutulub. Bununla əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilimiş, rayonda fəaliyyət göstərən 10 körpələr evi-uşaq bağçalarının müdürləri ilə videokonfrans keçirilmişdir.

Videokonfransda Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH əməkdaşı, İsmayıllı Ailə Sağlamlıq Mərkəzinin müdiri və rayonda fəaliyyət göstərən bağçaların müdirləri iştirak etdmişdir.

Konfransda rayonda uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilməsi, dezinfeksiya işləri aparılması qeyd olunub. Həmçinin konfransda körpələr evi-uşaq bağçalarında texniki işçilər tərəfindən geniş təmizlik, tibbi-profilaktik işlər görüldüyü bildirilib. Bununla yanaşı bağçalarda çalışan tərbiyəçilərin və digər işçilərin hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılması da vurğulanıb. Fəaliyyətə başladığı zaman hər gün bağçaya gələn işçi heyəti və uşaqların hərarətinin ölçüləcəyi, girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulacağı bildirildi.

Şərh Yaz