Zərərli vərdişlər pislənilib                                

11 fevral 2021-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Polis Şöbəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda onlayn maarifləndirici tədbir keçirildi.

Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Təhsil Şöbəsinin və İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin psixoloqu Ruslan Kamilov  açaraq, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda təqdimatla çıxış etdi, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə gəncləri məlumatlandırdı.

İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov, Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş  inspektoru, polis kapitanı Rahim Orucov, Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu ÜlkərMəhərrəmova və İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirov narkomaniya, dini radikalizm, erkən nikah halları, onların törətdikləri fəsadlardan bəhs ediblər, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü bildiriblər.

Tədbirdə, İsmayıllı  məktəblərində fəaliyyət göstərən məktəb psixoloqları, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin müəllimləri,  məktəbin 9,10,11-ci sinif şagirdləri və valideynlər də iştirak ediblər.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Ülviyyə Zeynalova,

RTŞ-nin əməkdaşı

Şərh Yaz