Şəhid ailələrinə diqqət gündəlik işdir                    

Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsini daim uca tutur, müntəzəm olaraq onların ailələrini ziyarət edir. Belə görüşlər 4 fevral 2021-ci il tarixdə də keçirilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, təşkilatın sədr müavinləri və aparat əməkdaşları, RİH başçısının İsmayıllı şəhəri üzrə rəsmisi Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Mirzəliyev Aqil Mehman oğlunun, Həmzəyev Novruz Bəkir oğlunun və Dəmirov Vüsal Aydın oğlunun ailələrində olublar. Görüşlər zamanı ailələrin qayğıları diqqətdə saxlanılır. YAP rayon təşkilatı sədrinin dediyi kimi, şəhid ailələrinə diqqət bundan sonra hər bir idarə və təşkilatın, xalqını, Vətənini sevən insanın gündəlik işidir.

İsmayıllı xəbərləri”

Şərh Yaz