Gələcək uğurların ilk müjdəçiləri    

?

Təhsil bir millətin gələcəyidir.

Ümummilli lider Heydər Əliyev

 

Təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Prezidentimiz cənab İlham Əliyevin təsdiqlədiyi Regional İnkişaf Proqramları üzrə respublikamızın bütün bölgələrində həyata keçirilən sosial infrastruktur layihələri çərçivəsində yeni məktəblər titkilir, onların maddi-texniki bazası beynəlxalq standartlara uyğun təkmilləşdirilir.

Bu mənada ucqar dağ kəndlərində məktəblərin tikilməsi müasir gəncliyin savadlı yetişməsinə respublikamızın inkişafına öz töhfələrini verməkdədir. Aparılmış məqsədyönlü islahatlar nəticəsində təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş və Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir.

Müraciətimiz əsasında məktəbimiz qismən təmir olunmuş, kənddə fəaliyyət göstərən iş adamının köməkliyi ilə su çəkilmişdir. Bu diqqət və qayğının nəticəsi özünü çox gözlətmədi. 2019-2020-ci tədris ilində iki məzunumuz – Babayev Ceyhun Nəsimi oğlu və Musayev İmran Mobil oğlu tələbə adını qazandı. Bu kiçik yazıda həmin məzunlar barəsində məlumat verməkdə məqsədimiz digər şagirdləri də nəticəyönlü təhsilə təşviq etməkdir.

Ceyhun 2009-cu ildə Mücühəftəran kənd tam orta məktəbinə birinci sinifə gəlib. Məktəbə gəldiyi ilk gündən tərbiyəsi, çalışqanlığı ilə müəllimlərin hörmətini qazanıb. Orta məktəbi “4” və “5” qiymətlərlə başa vurub. 2019-2020-ci tədris ilində 2 nömrəli Bakı Tibb Kollecinə daxil olub.

İmran da məktəbin birinci sinfinə 2009-cu ildə daxil olub. Oxuduğu müddətdə intizamlı, çalışqan şagird kimi özünü tanıdıb. Məktəbi yaxşı qiymətlərlə başa vurub. 2019-2020-ci tədris ilində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi adını qazanıb.

Məzunlarımızın yetişməsində və uğurlu nəticə əldə etməsində əməyi olan məktəb kollektivinə bundan sonra da uğurlar arzu edirik.

Məktəbimizin təmir olunması və müəyyən sənədləşdirmə işlərinin aparılmasında göstərdiyi köməkliyə, xüsusilə humanist və mədəni məmur çalışqanlığı nümayiş etdirdiyinə görə 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadova təşəkkür edirik.

Hörmətlə,

Nuriyə Mürsəliyeva,

sinif rəhbəri,

Mahir Cəfərov və Elnaz Əzimova,

direktor  müavinləri:

Namiq Ağaməmmədov,

məktəbin direktoru

Şərh Yaz