Yaddas kitabcasi

20 Yanvar şəhidləri anılıb 

Bütün respublika ərazisində olduğu kimi, İsmayıllı rayonunda da 20 Yanvar anım günü kimi qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanının rəhbərləri əvvəlcə ulu öndər Heydər Əliyevim abidəsini ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanınında torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş həmyerlilərimizin xatirəsi ehtiramla yad olunub.

Dini icma nümayəndələri  şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər. Sonra ziyarətçilər məzarların üzərinə qərənfillər düzüb, Vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda bütün dövrlərdə şəhid olan əzizlərimizə Allahdan rəhmət diləyiblər. Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid ailələri ilə görüşüb.

Daha sonra rayonun Mədəniyyət Sarayında gənc rəssamların 20 Yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının dəyanətini, vətənpərvərliyini, cəsurluğunu əks etdirən rəsm sərgisinə baxış keçirilib. Elə burada məktəblilər anım gününə həsr olunmuş şeirlər səsləndirilib, faciəni əks etdirən filmlər nümayiş etdirilib.

Rayon rəhbərliyi 20 Yanvar faciəsinin iştirakçısı olmuş Əlizadə Səmədovla görüşüb. Faciənin iştirakçısı 20 Yanvar şəhid ailələrinə, həmçinin iştirakçılarına dövlətin göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlğını bildirib və həmin günə aid xatərlərini, başına gələn hadisələri danışıb.

Məlumat üçün bildiririk ki, gün ərzində şəhidlərin əziz xatirəsi idarə, təşkilat, müəssisələrin əməkdaşları və Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi iştirakçıları, qazilər, gənc nəslin nümayəndələri tərəfindən yad edilib.

Rayonda saat 12:00-da bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Rayonun kəndlərində də faciə qurbanları şəhid məzarlarını ziyarət etməklə anılıb.

Xatırladaq ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Şərh Yaz