Arxa cəbhə fəalları mükafanlandırılıb
Qüdrətli ordumuzun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərən idarə, müəssisələrin rəhbərləri, sahibkarlar və ictimai fəallar mükafatlandırılıb. Bu məqsədlə Rayon İcra Hakimiyyyətində görüş keçirilib. Onlar Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan tədbirdə Fəxri Fərmanla təltif edilib.
Görüşdə RİH-nin başçısı bildirib ki, biz Vətən müharibəsi şəhidlərini, qazilərini heç vaxt unutmayacağıq. Onlar qanları ilə, canları ilə bizə bu qələbə sevincini yaşatdılar. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirik. Şəhidlər bizim qəlbimizdə daim yaşayacaq. Allah yaralılarımıza da tezliklə şəfa versin. Bu 44 günlük Vətən müharibəsində ismayıllılar Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına qoşularaq Vətən müharibəsində iştirak edən rəşadətli Azərbaycan Ordusuna həmrəyliklərini nümayiş etdirdilər. Məhz bu həmrəyliyin, milli birliyin nəticəsində Azərbaycan xalqı “Dəmir yumruq” kimi birləşdi və düşmən üzərində qələbə qazandı. Rayon fəallarına informasiya müharibəsinin bitmədiyini, bundan sonra da fəaliyyətlərini davam etdirmələrini bildirdi.
Rayon rəhbəri həmçinin sahibkarlarla rayonun inkişafına dair fikir mübadiləsi aparıb. Rayonda iqtisadi inkişafın genişləndirilməsi üçün əlavə investisiyalar qoyulmasını tövsiyə edib. Eyni zaman da alternativ enerji mənbələrindən istifadə etməklə məhsuldarlığı daha da artırmağın mümkünlüyünü diqqətə çatdırıb. Qeyd edib ki, rayonda vergilərin vaxtı-vaxtında ödənilməsinin rayonun abadlaşdırılmasında və inkişafında çox böyük rolu var.
Həmçinin, tədbir iştirakçıları bundan sonrada dövlətin və ordunun yanında olacaqlarını qeyd ediblər. Göstərilən diqqət və qayğıya görə RİH başçısına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildiririk ki, 27 sentyabr 2020-ci il tarixdə düşmən təxribatının qarşısını almaq məqsədi ilə Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Ordumuzun şanlı qələbəsi ilə yekunlaşan müharibə dövründə ismayıllılar 10 dəfədən artıq orduya dəstək aksiyaları keçirərək yardım karvanı yola salıb.