Peşəkarlıq və müasir texnologiya uğur gətirir 

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. Təltif olunanlar arasında İsmayıllı rayon Talıstan kənd sakini, fermer Məhərrəmov Nəbi Bağı oğlu da var. O, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Onun bu ada layiq görülməsi 2020-ci ildə təsərrüfatında əldə etdiyi uğurlara görədir. Bu uğurlar işində göstərdiyi yüksək peşəkarlıq və müasir texnologiyaların tətbiqi nəticəsində olub.

N.Məhərrəmovu icra hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti adından təbrik edirik. Bundan sonrakı fəaliyyətlərində, rayonun aqrar iqtisadiyyatının inkişaf etdirilməsində ona uğurlar arzulayırıq.

Şərh Yaz