Millət vəkili şəhid ailələri və qazilərlə görüşüb 

Milli Məclis üzvlüyünə İsmayıllı rayonundan seçilən Novruzəli Aslanov rayondakı Şəhidlər xiyabanında olub. Şəhidlərimizin ruhuna dualar edib.

Xiyabanı ziyarət etdikdən sonra millət vəkili Vətən müharibəsinin İsmayıllı şəhərindəki şəhid və qazi ailələrinin qonağı olub. Deputatın təşrifi Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində təsadüf etdiyindən tərəfindən ailələrə bayram sovqatı və digər lazımı ev əşyaları təqdim olunub.

Deputat görüşlər zamanı qaldırılan problemlərin aidiyyəti orqanlarla birgə həllinə çalışacağını bildirib. N.Aslanov qarşıdakı günlərdə rayonunun kəndlərində yaşayan qazi və şəhid ailələri ilə də görüşlər keçirilməsini nəzərdə tutduğunu bildirib.

Şərh Yaz