Şəhid atasının yubileyi keçirilib

Yanvar ayının 25-də İsmayıllı Rayon İcra Hakimiyyətində şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 70 illik yubleyi qeyd olunub.

Rayon İcra Hakimiyyətinin başçısı və kollektivi şəhid atası A.Əhmədovu yubiley münasibətilə təbrik edib, ona can sağlığı, həmişə nəvə-nəticələrinin əhatəsində olmağı arzulayıb. A.Əhmədova uzun illər rayon icra hakimiyyətində və dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə RIH başçısının Fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim edilib.

Əhmədovlar ailəsi nümunəvi ailələrdəndir. 2020-ci ilin sentyabr ayında düşmən torpağımıza təcavüz edəndə ailənin üzvü, rayonun qabaqcıl müəllimlərindən olan Famil Əhmədzadə məsələyə laqeyd qalmayıb və döyüşlərdə iştirak edib. Müharibədə qəhrəmanlıq göstərən F.Əhmədzadə Suqovuşan kəndi ətrafında gedən qanlı döyüşlərdə şəhid olub. Ailənin digər üzvü isə hərbiçidir, mayor rütbəsi ilə Azərbaycan Ordusunda xidmət edir.

Ağaəhməd müəllim şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, şəhid adının uca tutulması onu qürurlandırır.

Qeyd edək ki, Ağaəhməd Əhmədov ömrünün 40 ilini dövlət qulluğuna həsr edib.

Şərh Yaz