Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir

 

İsmayıllı Rayon İcra Hakimiyyətində 18 yanvar 2021-ci il tarixdə Azərbaycanda yeganə kolxoz təsərrüfatı kimi fəaliyyət göstərən Nikitin adına kolxozun inkişaf etdirilməsi və İvanovka kəndinin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı pandemiya qaydalarına uyğun olaraq görüş keçirilib.

Görüşdə Nikitin adına kolxozda məhsuldarlığın daha da artırılması, yerli bazarda mövqeyinin bərkidilməsi, İvanovka brendinin potentləşdirilməsi, müasir avadanlıqlarla təciz olunması, heyvandarlıq, taxılçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi istiqamətində, həmçinin, İvanovka kəndinin içməli su və suvarma suyu probleminin həlli istiqamətində görülə biləcək digər işlər haqda ətraflı müzakirələr aparılıb.

Görüş zamanı İvanovka kəndində inşa edilən Karamel zavodunun istehsala başlanması zamanı əlavə iş yerlərinin açılacağı və kəndin sosial-iqtisadi inkişafında müsbət rol oynayacağı diqqətə çatdırılıb

Şərh Yaz