İsmayıllıya güclü qar yağıb 

Yanvar ayının 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan İsmayıllı rayonunda qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrinin qarlı mənzərəsi də göz oxşayır.

Şəhər ərazisində və kəndlərdə qarın qalınlığı 30 santimetr, dağlıq ərazilərində isə 40 santimetr müşahidə edilir. Yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib.
Qarlı hava şəraiti İsmayıllının avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilib. Yaranmış vəziyyətlə əlaqədar yanvarın 19-u gecədən etibarən “9 saylı Yol İstismarı” MMC tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılıb. Yollara duz və qum qarışığı səpilib. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görməkdədir.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin  hərəkəti tam təmin edilib.

Şərh Yaz