İsmayıllı şəhərinin küçə və prospektlərində abadlıq işləri görülür 

Şəhərin ən böyük küçələrindən olan Ə.Ələkbərzadə küçəsində abadlıq işlərinə başlanılıb. Burda ağacların aqrotexniki qaydada budanması, onlara forma verilməsi, arxların təmizlənməsi və digər bu kimi işlər gürülməkdədir. Küçə boyu ətrafın yaşıllaşdırılması məqsədi ilə ağac əkiləcək ərazilərə münbit torpaq daşınır və yeri hazırlanır. Növbəti günlərdə digər küçə və prospektlərdə də belə tədbirlərin icrası nəzərdə tutulub.

İşlər İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Kommunal Müəssisələri Kombinatının, 12 saylı Yol Yaşıllaşdırma və Suvarma Sistemləri İdarələrinin kollektivi tərəfindən görülür.

Şərh Yaz