Ümumrayon iməciliyi keçirilib

Rayonun bütün yaşayış məntəqələrində iməcilik təşkil edilib. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, həmçinin digər abadlıq işləri görülüb. İməcilikdə kənd icra nümayəndələri, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edib. İşlər rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülüb.

İsmayıllıda bü cür iməciliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur. Bütün görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də bir daha rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağıraraq bildiririk ki, təbiətin İsmayıllıya bəxş etdiyi gözəlliyə qıymayın. Axı bura öz evimizdir.

Şərh Yaz