XƏYALLAR “STEAM”LA REALLAŞAR

”Xəyallar – STEAM-la reallaşır” adlı layihənin əsas məqsədi İsmayıllı məktəblərində təhsilverənlər üçün təlimlərin keçirilməsi olub. Təlim üçün İsmayıllı rayonu üzrə 15 müəllim seçilib. Müəllim seçimində əsas diqqət müəllimlərin İKT bacarıqlarının, kompyuter, ağıllı telefon, internetə çıxış, müasir təlim üsulları ilə işləyə bilmək bacarıqlarının üstünlüyünə verilib.

Müsahibə yolu ilə seçilən müəllimlərin müsahibəsi 10 oktyabr 2020-ci il tarixində onlayn şəkildə təşkil edilib. Müsahibə Microsoft Teams proqramı üzərindən keçirilib. Müsahibədə RTŞ-in nümayəndələri və bu sahədə təcrübəli müəllimlər iştirak ediblər. Lahiyənin müddəti 15 oktyabr 2020-cil tarixdən 15 yanvar 2021-ci il tarixə qədər davam edib.

Bu müddət ərzində müəllimlərimiz “STEAM” – kurikuluma uyğun olaraq “Tinkercad” platformasında 3D-modellərinin hazırlanmasını öyrənə biliblər. Həmçinin Mikrobit alətlərilə yaxından tanış olub (hər bir iştirakçı mikrobit və “STEAM” ləvazimatları ilə təmin olunub) və Makecode Mikrobit platforması vasitəsilə elektron cihazlar hazırlamağı öyrəniblər.

17 yanvar 2021-ci il tarixdə “Xəyallar – STEAM-la reallaşır” Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsi layihəsinin yekunu ilə bağlı konfrans təşkil edilib.

Konfransda İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbinin direktoru Eyvaz Mürsəlov, İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov və müəllimlər iştirak etdilər.

Konransı layihə rəhbəri Şərafət Bayramov açıb və lahiyənin başlandığı vaxtdan sona qədər keçən prosedurları təqdim edib. O bildirib ki, qrant layihə çərçivəsində iştirak edən müəllimlər layihə yönümlü öyrənmə, “Tinkercard” və “Makecode” platformalarının təhsildə tətbiqinə yiyələniblər.

Təlimlərin təşkili zamanı iştirakçı müəllimlərin hər birinə “Mikrobit” dəsti və STEAM ləvazimatları verilib. Eyni zamanda bir “ Lenovo” markalı kompyuter alınmışdır.

Konfransda iştirak edən İsmayıllı rayon Cülyan kənd tam orta məktəbinin direktoru Eyvaz Mursalov layihənin sona çatması münasibətilə layihə rəhbəri və müəllimləri təbrik edib və onlara yeni uğurlar arzulayıb.

İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov çıxış edərək STEAM dərslərinin müasir dövrün tələblərinə cavab verdiyini bildirib və iştirakçılara uğurlar arzu edib.

Konfransda həmçinin, məktəb müəllimləri iştirakçılara təbriklər ünvanlayıb. STEAM dərslərinin gələcəkdə bütün məktəblərdə də keçirilərsə, uşaqların marağına səbəb olacağını bildiriblər.

İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin müəlimi Ruhiyyə Cəmaləddinova və A.Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Rəna Rəhimova təqdimatlar ediblər.

Təlimçi Leyla Babayeva çıxış edərək bütün iştirakçılara gələcək fəaliyyətləində uğurlar arzulayıb.

Daha sonra digər müdavimlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşdülər.

İştirakçılara təlim kursunu bitirmə barədə sertifikatlar verilib.

Şərafət Bayramov

Şərh Yaz