Qəhrəmanlarımızı tanıdaq, istedadları üzə çıxaraq

İsmayıllı rayon Gənclər və İdman İdarəsi ilə Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı əsasında keçirilən “20 Yanvar – Qəhrəmanlıq səhifəmiz” adlı onlayn rəsm müsabiqəsinə yekun vurulub.

20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək, müstəqilliyimiz uğrunda canlarından keçən qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaq məqsədi ilə keçirilən tədbirin mükafatlandırılma mərasimi İsmayıllı rayonunun Mərkəzi meydanda, koronavirus (COVID-19) pandemiyası ilə bağlı elan olunan xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzinin direktoru Mayıl Fərəcov tarixi gün haqqında məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib. 20 Onlayn müsabiqədə Yanvar faciəsini öz fikir və duyğuları əsasında rəsmə çevirən 50-dən çox gənc iştirak edib. Qaliblər İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Rayon Gənclər və İdman idarəsi tərəfindən Diplom və hədiyyələrlə mükafatlandırılıblar. Birinciliyi Ağayeva Zəhra Amid qızı qazanıb. Mirzəyeva Nəzrin Elnur qızı ikinci yeri tutub.  Dörd nəfərə – Səmədli Cəsur Sübhan oğlu, Qədirova Samirə Pərviz qızı, Fərruxova Esmiralda Rauf qızı və Hacıyeva Nəzrin Təbriz qızına üçüncü yerin mükafatları təqdim olunub.

Elmi Məmmədli

Şərh Yaz