Kollektivin onu təbrik edir

Kamal Allahverdiyev İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra təhsilini Bakıda, fizika-riyaziyyat təmayüllü məktəbdə davam etdirib. İki illik hərbi xidmətini başa çatdırdıqdan sonra, 1986-cı ildə əmək fəaliyyətinə başlayıb. 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Gündüzlər işləməklə axşamlar təhsil alıb. 6 illik təhsil dövrü arxada qaldıqdan sonra kəndə qayıdıb. Məktəbdə çalışan Kamal  1995-ci ildə BBPKİA və YH İnstitutunda  informatika ixtisası üzrə təhsilini və müəllimlik fəaliyyətini davam etdirir.

K.Abdullayevin pedaqoji fəallığını nəzərə alan kollektiv 2007-ci ildə ona təlim-tərbiyə işləri üzrə direktor müavinliyi vəzifəsini etibar edir. O, qayğıkeş olması səbəbindən həm də məktəb həmkarlar komitəsinin sədridir.

İki il əvvəl ona məktəbə rəhbərlik etmək təklif olunduqda, kollektivə daha gənc həmkarının namizədliyini irəli sürüb. Özü isə böyük həvəslə işini davam etdirməkdədir.

55 yaşı tamam olması münasibəti ilə işgüzar müəllim Kamal Abdullayevi iş yoldaşları ürəkdən təbrik edir, ona həyatda və pedaqoji sahədə uğurlar diləyirlər.

Məktəbin pedaqoji kollektivi

Şərh Yaz