KİV əməkdaşları təltif olunub

İsmayıllıda kütləvi informasiya vasitələri (KİV) əməkdaşları ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib. Başçı rayonla bağlı yeniliklərin ictimaiyyətə çatdırılmasında zəhməti olan media mənsublarına təşəkkürünü bildirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışan RİH başçısı söz və mətbuat azadlığının, demokratik mühitin bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Diqqətə çatdırıb ki, Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, KİV-lərə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verilir.

Dəvətlilər milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Zəfər ili kimi tarixə düşən 2020-ci il ərzində İsmayıllı rayonunun sosial-iqtisadi, mədəni-ictimai  həyatındakı yeniliklərinin ictimaiyyətə çatdırılmasında səmərəli fəaliyyətlərinə görə bir qrup televiziya, qəzet və xəbər agentlikləri Təşəkkürnamələrlə təltif olunublar.

Xatırladaq ki, səmimi görüş pandemiya qaydalarına uyğun olaraq keçirilib və “İsmayıllı xəbərləri” qəzetinin illik fəaliyyəti də rayonun rəhbəri tərəfindən yüksək qiymətləndirilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz