İgidlik və mərdilik nümunəsi göstərənlər, təltif olunub

                          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuları bir sıra orden, medal və fəxri adlarla təltif ediliblər. Təltif olunanlar siyahısında İsmayıllıdan olan hərbi qulluqçuların da adlarının olması sevindirici və qürurvericidir.

Xatırladaq ki, qəhrəman, igid həmyerlilərimiz haqqında məqalələrin, oçerklərin silsilə şəkində qəzetimizin səhifələrində görməkdən çox məmnun olardıq. Buyurun, yazılarınızı göndərin.

İsmayıllı xəbərləri”

Şərh Yaz