Bizlan kəndinə təbii qaz verildi             

İsmayıllı rayonu Bizlan kəndinə mavi yanacaq verilib. Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı, Ağsu Regional Qaz İstismar sahəsinin rəisi və  kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keşirilib. Rayon İcra Hakimiyyətinin başçısı bu münasibətlə sakinləri təbrik edib. O, qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsidə ölkəmiz həm güclü orduya, həm də güclü iqtisadiyyata malikdir. Ordumuzun gücünü 44 günlük Vətən Müharibəsində gördük, müharibə vəziyyətində heç bir layihənin təxirə salınmadan plan üzrə yerinə yetirilməsi isə iqtisadi gücümüzün göstəricisidir.

Bildiririk ki, Bizlan kəndində 562 nəfər əhali yaşayır. Kəndin qazlaşdırılmasına cari ilin may ayında başlanılıb. Burada ümumilikdə  900 metr daşıyıcı xətt, 8600 metr paylayıcı xəttdən ibarət 107 abonentin evinə qaz sayğacı çəkilib. Görülən işlər “Azərbaycan Respublikası Regionların 2019-2023-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına əsasən baş tutub.

Açılış mərasimi ilə bağlı keçirilən tədbir pandemiya qaydalarına uyğun olub.

Şərh Yaz