Şəhid kapitan                                  

İslamov Samir Xaliq oğlu 1983-cü ildə İsmayıllı rayonunda dünyaya göz açmışdır. Birinci Qarabağ müharibəsi illərində məktəbli kimi Vətənə məhəbbət ruhunda tərbiyə almış, torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirakçı olacağını müəyyənləşdirmişdi. Bu səbəbdən də hərbiçi oldu. Özü xidmət göstərməklə yanaşı, yüzlərlə hərbi çağırışçının, əsgərin müəllimi, tərbiyəçisi, silahdaşı oldu.

Hərbi sahədə 20 il fəaliyyət göstərən kapitan 27 sentyabrda başlayan II Qarabağ müharibəsinə çağırıldı.

Bu çağırış vacib çağırış, Vətənin çağırışı oldu. Mütləq getmək və yağı düşməni torpaqlarımızdan qovmaq, Qələbə xəbəri ilə geri dönmək lazım idi.

Samir Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə peşəkar hərbiçi kimi düşmənə qan udduranlardan oldu. Vətəni, torpağı qorudu, lakin özünü qorumaq barədə bir an da olsa düşünmədi və döyüşlərdən birində qəhrəmancasına şəhid oldu. Onun eşitmək istədiyi, hamıya çatdırmaq arzusunda olduğu QƏLƏBƏ xəbəri isə tezliklə səmalara yüksəlib onun da ruhuna əyan oldu.

Kapitan Samir İslamov 13 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Ailəli idi. 4 övladı canından çox sevdiyi Vətənə əmanət qaldı. Məkanın cənnət olsun, ölməz kapitan!

İsmayıllı xəbərləri”

Şərh Yaz