Şuşanın harayına can atdı                                    

Lətifli Orxan Xancan oğlu 19 iyul 1996-cı il tarixində İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. Doğma kənddə orta məktəbi bitirdikdən sonra 2014-cü ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində kompüter şəbəkələri və hesablama texnikasının təmiri və servis xidməti ixtisası üzrə təhsil alıb. 2019-cu ildə kolleci müvəffəqiyyətlə bitirib.

II Qarabağ müharibəsinə könüllü olaraq yazılıb. Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunması uğrunda gedən qızğın döyüşlərdə iştirak edib. Şuşa harayına can atan Orxan şəhər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Unudulmayacaq məzunumuz noyabr ayının 11-də anadan olduğu doğma Diyallı kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.

Ş.Abışova

 

 

Şərh Yaz