Karantin qaydalarına əməl olunur                 

Rayon ərazisində  koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə rayonda tədbiq olunmuş sərt karantin rejiminin qaydalara əməl olunması ilə bağlı reydlər davam edir. Keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş  ticarət və digər oyektlərdə, eləcə də kəndlərdə əhaliyə karantin qaydaları izah olunub və maarifləndirmə aparılıb. Reydlər rayonda yaradılmış mobil qruplar tərəfindən keçirilir. Mobil qruplar rayon icra hakimiyyətinin, polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin əməkdaşları, rayon ziyalıları və könüllülərdən ibarət təşkil olunub.

Son həftə ərzində 1883 ticarət obyekti, 205 digər fəaliyyət növü və 75 yas mərasimlərində monitorinq aparılmışdır ki, bunlardan 123 ticarət, 181 digər fəaliyyət obyektinə və 2885 vətəndaşa xəbərdarlıq edilib, həmçinin 36 nəfər inzibati qaydada cərimə olunub.

Xatırladırıq ki, son vaxtlar “COVID-19” infeksiyasına yoluxma sayının çoxalması səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı  ilə sərt karantin rejiminin müddəti 14 dekbar 2020-ci il tarixdən 18 yanvar 2021-ci il tarixədək uzadılıb. İsmayıllı rayon mərkəzində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi (8103) və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

Sərt karantin rejiminin qaydalarına əməl olunması nəticəsində artıq rayonda yoluxmaların sayında azalmalar müşahidə olunur. Ona görə də vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

 

 

 

 

Şərh Yaz