“Mərhəmət” sənədli filmi çəkilib                         

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi VII qrant müsabiqəsi çərçivəsində qalib olan “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin layihəsi əsasında “Ermənistan-Azərbaycan arasında əsir və girovların azad edilməsi barədə “Mərhəmət” adlı sənədli film çəkilib.
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin icra etdiyi layihənin rəhbəri Etibar Məmmədov layihənin icrasından danışıb. Bildirib ki, sənədli film, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın azad olunması istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi yorulmaz fəaliyyətdən bəhs edir. Sənədli filmdə tanınmış dövlət və ictimai xadimlər mövzu ilə bağlı xatirə və fikirlərini bölüşüblər.

Birliyin sədri Şahməmməd Soltanov filmin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlq edib.

Filmi Youtube sosial şəbəkəsindən izləyə bilərsiniz.

“İsmayıllı xəbərləri” 

Şərh Yaz