DÖYÜŞƏN SƏTİRLƏR: və ya müharibə günlərinin şeirləri  

                   

Döyüşə gir, zəfər çal!

 

Qarabağ atlarıyla çıxaq Cıdır düzünə,

Haqqımız var dik baxaq indi xalqın üzünə.

Rəhbərinə arxalan, güvən ancaq özünə,

Müqəddəs torpaqları düşmən tapdağından al,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Hünərin mat qoyubdur bu gün şimalı, qərbi,

Çoxları bir dərs kimi qəbul edir bu hərbi.

Vurur, fərəhlə vurur xalqın ürəyi, qəlbi,

Duruş gətirə bilməz şirin önündə çaqqal,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Bu gün xəbər yayıldı, azad olunub Şuşa,

Hakim ola bilmədik gözdə sevincə, yaşa.

Bu uğur çağırışdır öndə duran savaşa,

Tapır öz təsdiqini müqəddəs arzu, amal,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Ucadır, uca gördük Ali Baş Komandanı,

Sözünə, yumruğuna tabe etdi dünyanı.

Mərdlik, birlik tanıtdı bizi – Azərbaycanı!

Həyat tərzi olacaq vətənimdə bu əhval,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Çəkilsin torpağımdan düşmənin qanlı gözü,

Uğur, həqiqət oldu Rəhbərimin hər sözü.

Güc yox söndürə bilsin bu ocağı, bu közü,

Hər sözə nida qoyduq, yersizdir nöqtə, sual,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

 

Qoruyaq bu birliyi can-ciyər, qardaş olaq,

Canda qeyrət daşıyaq, igid silahdaş olaq.

Bu Vətənə, bu yurda layiq vətəndaş olaq,

Ey xalqım, yüksəlmisən, beləcə, yüksəkdə qal,

Mənim müzəffər ordum, döyüşə gir, zəfər çal!

8 noyabr 2020-ci il

 

Bu ada bağlıdır Qələbə günü

 

Allahım, min şükür böyüklüyünə,

Şuşanı bir daha azad görürəm.

Dünyada milyonla adın içində,

Müzəffər, sevimli bir ad görürəm.

 

Bu ad rəhbərimin əziz adıdır,

Ayağa dururuq gələndə bu ad.

Bu ad mərd xalqımın qol-qanadıdır,

Şuşa azaddırsa, ruhumuz azad!

 

Bu adın birləşdi el ətrafında,

Düşmənin başına vuruldu zərbə.

Səbr edib saxladıq qılıncı qında,

Çatdı qisas günü, başladıq hərbə.

 

Bu ada göylərdən ulduz dərərik,

Nəğmələr qoşarıq, saray tikərik.

Bu adla toplara sinə gərərik,

Keçilməz sədləri yarıb keçərik.

 

Bu adı ədalət sevdirdi mənə,

Ziyarət yerimdir şəhid məzarı.

Bu adla yüksəlib çıxdıq biz önə,

Unutduq kədəri, qəmi, azarı.

 

Bu adda birləşib qüdrət, cəsarət,

İlhamdır, inamdır, zəfərdir bu ad.

Bitdi torpağımda işğal, əsarət,

Aldı öz payını düşmən, yağı, yad.

 

Bu addan əsgərim aldı gücünü,

Şuşa qalasına sancıldı bayraq!

Bu ada bağlıdır Qələbə günü,

Şanlı tariximdə o daha parlaq!

      10 noyabr 2020-ci il

 

Sayırdım

 

Yoxdur sevimlisi, ey ölkə, səndən,

Bir gün qol çəkərik öcə, sayırdım.

Qarabağ deməklə, ağlım kəsəndən,

Payız yetişəndə cücə sayırdım.

 

Keçdi ümidlərdən gələn səhərim,

Axdı illər boyu xəcalət tərim.

İşğalda qalınca doqquz şəhərim,

Düşün, ona qədər necə sayırdım?

 

Dedilər: Qarabağ – cənnət, gülüstan,

Yazdılar şəninə söz, nəğmə , dastan.

Qisas ləzzətini duymayınca can

Özümü savadsız xoca sayırdım.

 

Döyüşdü Rəhbərim, Komandan özü,

Qarabağ elində güldü yer üzü.

Ruhuma güc verdi Qələbə sözü,

Əvvəllər özümü qoca sayırdım.

 

Milyonlar qovuşdu xoş bir sevincə,

Şahməmməd qələmin qoymadı dincə.

Bu gözəl arzuya yetişməyincə,

Nurlu gündüzü də gecə sayırdım.

                         23 noyabr 2020-ci il

 

Azərbaycan xəritəsi

 

İllərlə önündə utanıb durdum,

Yaralı can idi torpağım, yurdum.

Xalqına min alqış, var ol, ey Vətən,

Tamdır, üzə gülür daha xəritən.

 

Qayıtdı çayların öz ahənginə,

Büründü dağların Günəş rənginə.

Bir az da paklaşdı zirvələrdə qar,

Can qurban etməli gözəlliyin var.

 

Ölkəm sahib oldu öz sərhəddinə,

Səndən pay umanın bir də həddi nə?

Tutmusan evimin şah divarını,

Sevirəm, yar necə sevər yarını.

 

Qartalsan, qonmusan Xəzərdə suya,

Tacsan əsgərimə, şanlı orduya.

Yurdumsan, yuvamsan yer kürəsində,

Ürəksən dünyanın xəritəsində.

                             24 noyabr 2020-ci il

 

Aç gözünü, dünya, bax

 

İyirmi yeddi ili verdim bir şad xəbərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

 

Əvvəlki qürurunda durur Murov, Dəlidağ,

Harda zirvə, təpə var, ora sancıldı bayraq.

Bulaqlardan su içdi ruhum özümdən qabaq,

Bir gör necə şadlanır yollar, cığır, bənd-bərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

 

Qürbət, həsrət sözünü aparmarıq ora biz,

Ermənini göndərdik cəhənnəmə, gora biz.

Ayıq olaq, bir daha düşməməkçün tora biz,

Ana, Vətən yolunda dönək igidə, ərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

 

Vətən üçün, yurd üçün biz keçdik canımızdan,

Qızıl lalələr əkdik torpağa qanımızdan.

Düşmən yel olub ötməz bir daha yanımızdan,

Tanrı kömək, xalq dayaq, Komandana, Rəhbərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

 

Ana tapşırıq verdi, oğul dedi:  – Baş üstə!

Od qoyduq, damğa vurduq zalım, qəddar faşistə.

Eyb eləməz, qalmayıb bu yerdə daş daş üstə,

Görüb min cür xəyanət çəmən, bulaq, dağ, dərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

 

Yaşa, ey Komandanım, ordum, şəhidim, qazim,

Şükür, bütöv, azaddır Vətən adlı ərazim.

Bitməyib mübarizəm, ölməyib Mübarizim,

Bir qalib, qəhrəmandır bu gün ölkəmdə hərə,

Aç gözünü, dünya, bax, gedirik Kəlbəcərə!

                                     25 noyabr 2020-ci il

Erməni olmayan erməni

 

Düşmənin kimliyi tam bəlli,

Yapışıb yalandan beşəlli.

Çıxarır hövsələdən məni,

Erməni olmayan erməni.

 

Bizlərdən uzaqda – Fransa,

Səbəbi nə, batmış yasa?

Məlumdur, sevmir bu ölkəni –

Erməni olmayan erməni.

 

Varsa rüşvət alan bir məmur,

Bu gün elə düşmən də odur.

Danışır, dolanır mədəni –

Erməni olmayan erməni.

 

Satqınlığı qoy bir kənara,

Qoşul sən də kişi olanlara.

Söydürmə it oğlu dədəni,

Erməni olmayan erməni.

 

Adını çəkmirəm, öl, utan,

Arzuların deyil baş tutan.

Güldürmə özünə yetəni,

Erməni olmayan erməni.

 

Nə qədər ürəklər sındırsan,

O qədər şərəfsiz, cındırsan.

Gün gələr, görərəm ölməni,

Erməni olmayan erməni.

28 noyabr 2020-ci il

 

2783 nəfər

 

Düşmən təslim olunca – 44 gün müddətinə,

Dəf etdi səngərləri, güvəndi qüdrətinə.

Diksinmədi, düz baxdı ölümün sifətinə,

Ana Vətən yolunda sinəsin etdi sipər,

2783 nəfər…

 

Bu saydan qüvvət aldı ataların qüruru,

Üstələdi günəşi ana qəlbinin nuru.

Bunca yüksələ bilməz məşhurların məşhuru,

Ürəklərdə yeriniz, sizsiz qalib, müzəffər,

2783 nəfər…

 

Sizə dayaq durmuşdu yaralı qardaşınız,

Can verəndə güldünüz, axmadı göz yaşınız.

Başını uca tutdu yarınız, yoldaşınız,

Yolunuz ölməzliyə, bu nə mübarək səfər,

2783 nəfər…

 

Bu xalqın haqqı vardır Sizlər ilə fəxr edə,

Adınız bayraq olsun azad, yüksək zirvədə.

Min illər keçsə belə, unudulmaz heç vədə,

Yurddan ötrü can verən ölməz oğul, igid ər,

2783 nəfər…

 

Bağban olsam, bağımda bu sayda gül əkərdim,

Oğlum, balamdır! – deyib nazınızı çəkərdim.

Canından keçən üçün mən də candan keçərdim,

Bir ordu saxlayardım arzuları təzə, tər,

2783 nəfər…

 

Elin ağır günündə oğul dada yetəndir,

Qanınız düşən torpaq, candan şirin Vətəndir.

Tarix əbədi qalır, zaman gəlib ötəndir,

Sizinlə qürurludur, qalib sərkərdə, rəhbər.

2783 nəfər…

 

Şəhid məzarından gələn səslər

Məzarım başına gələn sevgilim,

Sən gülsən, gülsüz də gələ bilərdin.

Nədən kədərlisən, söylə mən bilim,

Görüşə gəlmisən, gülə bilərdin.

 

Necə inandırım əzizlərimi,

Mən ölü deyiləm, əbədi varam.

Axtarın, arayın siz izlərimi,

Siz nə düşünsəniz sezib duyaram.

 

Məzarım üstünə gül gətirənlər,

Güllərə bu qədər qəsd eləməyin.

Yollar qət eləyib vaxt itirənlər,

Olduğunuz yerdən rəhmət söyləyin.

 

Mən sizi həm görür, həm eşidirəm,

Bu da şəhidlikdə ölməz duyğudur.

Sizinlə şənliyə, toya gedirəm,

Yatsanız oyağam, fərqimiz budur.

 

Narahat oluram göz yaşınızdan,

Kimə nə verəcək ağlamaq daha?

Əl çəkin qismətlə savaşınızdan,

Nə kədərə batın, nə də günaha.

 

Şəhidlik yazıldı mənim adıma,

Bu ad imtiyazdır ata-anama.

Hər yerdə yetişər Haqq imdadıma,

Şamtək nur saçaram gələn axşama.

 

Anacan, ağlamaq, sızlamaq nədir?

İsti qucağıdır mənə bu torpaq.

Dünyada ən uca bir təbəqədir,

Qəbrim üstündəki üçrəngli bayraq!

                           4 dekabr 2020-ci il

 

Oğru, rəzil – erməni

 

Yoxmuş bunun vicdanı,

Donuz tökdü məscidə.

Erməni kimdir, tanı,

Yəqin, donuz özü də.

 

Bu necə mənfur əldi,

Sökdü evləri bir-bir.

Nifrət!  Xoşuna gəldi,

Yüzlərlə mərmər qəbir.

 

Sulara zəhər qatdı,

Yandırdı meşələri.

Arı, namusu satdı –

Bu, köhnə peşələri.

 

Saxta nə var yaşatdı,

İnandı yalanına.

Düşünmədən daş atdı,

Geridə qalanına.

 

Böyük Ermənistanı,

Gördü yuxularında.

İlan qanıdır qanı,

Gözü başqa varında.

 

Azərbaycan əsgəri,

Gözünə bıçaq oldu.

Xaçik atdı səngəri,

Ömürlük alçaq oldu.

 

Çıxanda Kəlbəcərdən,

Evlərə od vurdular.

İmdad umub hər yerdən,

Yenə boyun burdular.

 

Hanı gücün, qüdrətin,

Dünya tanıdı səni.

İndiki öz sifətin –

Oğru, rəzil – erməni.

                   5 dekabr 2020-ci il

 

Qarabağın

 

Bundan sonra gur axacaq,

Bulaqları Qarabağın.

Yağını üzüb, yaxacaq,

Ocaqları Qarabağın.

 

Hesab çəkdik quduzlarla,

Haqqı danan ucuzlarla.

Yarışacaq ulduzlarla,

Çıraqları Qarabağın.

 

Söz qoşacam gözəlinə,

Keçmişinə, əzəlinə.

Qayıdacaq öz əlinə,

O çağları Qarabağın.

 

Mələk üzlü olacaqdır,

Odlu, közlü olacaqdır.

Sazlı, sözlü olacaqdır,

Qonaqları Qarabağın.

 

Əritmişik qəmi, dərdi,

Yurdda hamı igid, ərdi.

Doğuluşdan bəxtəvərdi,

Uşaqları Qarabağın.

 

Gecəmiz döndü gündüzə,

Dünya: Əhsən!- dedi bizə.

Gül düzəcək süfrəmizə,

Yaylaqları Qarabağın.

 

Vətən – ana, qibləgahdır,

Bunu bilən el agahdır.

İl uzunu seyrəngahdır,

Oylaqları Qarabağın.

 

Əsgəri top-tüfənglidir,

Çayları saz ahənglidir.

Ay-ulduzlu, üçrənglidir,

Bayraqları Qarabağın.

 

Qurtuldu yasdan, ağdan,

Dağlandı sökən, dağıdan.

Alındı mənfur yağıdan,

Torpaqları Qarabağın.

 

Baş komandan öndə durdu,

Düz göstərdi, dəqiq vurdu.

Qoruyacaq yeri, yurdu,

Qoçaqları Qarabağın.

 

Dağlaroğlu, coşduqca, yaz,

Xoş arzular olsun pərvaz.

Doğulacaq igid, qorxmaz

Qaçaqları Qarabağın.

6 dekabr 2020-ci il

 

İtkin əsgər üçün

 

Nə ölümün məlum, nə də sağlığın,

Hardasan, necəsən, Allaha bəlli.

Sənin qorxmazlığın, həm qoçaqlığın,

Səni tanıyana ümid, təsəlli.

 

Səsin qulaqlarda, əksin gözlərdə,

Heç kim yoxluğuna inana bilmir.

Şəhid, qazi olan neçə yüzlərdə,

Bizə əziz olan adın çəkilmir.

 

Bircə qorxumuz var – əsir düşməyin,

Düşməndə şərəf yox, zülm edər sənə.

Bilmirik necəsən, çatışmır nəyin?

Amma  sədaqətin boldur Vətənə.

8 dekabr 2020-ci il

 

Qələbə paradı

 

Bu gün bütün dünyanın
Diqqəti Bakıdadır.

Burda hər udum hava,

Sanki bal, həyat dadır.

 

Qələbə paradına

Çox ölkədən gələn var.

Dostlar qürur içində,

Düşmənlər uzaqda, xar.

 

Ali Baş Komandanım

Qəbul edir paradı.

Bu gün məğlub düşmənin

Qanı zəhər, qaradı.

 

İzdihamın içindən

Bayraqlar gülür üzə

Bu sevinc, bu təntənə
Necə yaraşır bizə?!

 

Qürurla gəlib keçir,

Qalib, şanlı ordumuz.

Sərkərdənin yanında

Yumruq oldu yurdumuz.

 

Gəlib keçir nizamla,

Topumuz, silahımız.

Zəfərlərdən keçəcək

Hər gələn sabahımız.

 

Bu da düşmən tankları,

Atılmışdı meydanda.

Görəsən, o döyüşçü

Nə düşünür bu anda?

 

Bugünkü fərəh, inam

Sarsılmaz, əbədidir.

Azərbaycan ölkəsi,

Ucalıq məbədidir.

 

Bu tarixi sən yazdın,

Qızıl qanınla, əsgər!

Mənim yenilməz ordum,

Sən qalib, sən müzəffər!

 

Hünərindən danışır

Bu gün dünyada hamı.

Tanrım, Sən özün qoru

Böyük,  qalib İlhamı!!!

                    10 dekabr 2020-ci il

 

Ayıq ol

 

Niyyəti qara düşmən

Qaldırdı ağ bayrağı.

Amma boş xülyasına,

Dönük çıxmadı yağı.

 

Minaladı yolları,

Qurdu çaqqal pusqusu,

Murdar əməllərinə

Şərik etməkdə rusu.

 

Əməlli qurumayıb

Hələ burnunun qanı.

Gör nədir düşündüyü:

Geri alsın Şuşanı…

 

O rəzil bunu hətta,

Görməz yuxusunda da,

Quyruğu kəsik ittək

Qalıb indi ortada.

 

Partizanlıq edəcək

Guya o indən belə.

Elə bir yumruq yeyib,

Başı fırlanır hələ.

 

Yox üç-beş ağıllısı

Yiyə dura bunlara.

Sahibsiz qalmamaqçün

Cumurlar sabunlara.

 

Günbəgün ağırlaşır,

Dərdləri, azarları.

İş çətinə düşəndə

Xod gedir bazarları.

 

Buna millət deməyə

Dili gəlmir insanın.

Guya erməni olub

Süd verəni İsanın.

 

Yalan nə boyda olar,

Şərəf nə qədər alçaq?

Əhilləşdi vəhşilər

Erməni vəhşi ancaq.

 

Dağıdıb yandırmağa

Qarışıbdır başları.

Dünyanın çox yerində

Vardır tərəfdaşları.

 

Zamanın öz hökmü var,

Qalib gələr həqiqət.

Ayıq ol, vətənsizə
Nə xalq de, nə də millət!

13 dekabr 2020-ci il

 

 

 

 

Şərh Yaz